Gəncəni onlar bombalayıbmış
30 May 2025, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86Baldızı tikToker Ləmanı məhkəməyə verdi - FOTO
KRİMİNAL
1742
24.03.2025, 19:20
"TikTok" fenomeni Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ləman Turə Nuriyevanın şikayəti ilə məhkəmə qarşısına çıxarılıb.
Şikayətçi keçmiş gəlinlərinin onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi videoqeydləri məhkəməyə təqdim edib. Hakim sübutlarla tanış olduqdan sonra işi icraata qəbul edib, nəticədə Ləman Vəliyeva təqsirləndirilən şəxs qismində tanınıb.
Turə Nuriyeva ifadəsində deyib ki, Ləman canlı yayımda ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Bu isə ona ağır psixoloji sarsıntılar yaşadıb və hətta intihara cəhd etməsinə səbəb olub: "Ləmanın təhqirləri və həqiqətə uyğun olmayan ifadələri məni həyatımı sonlandırmağa sürüklədi. Bu addımı atmaq istədim. Evdəkilər məni son anda xilas etdilər. İki gün reanimasiyada qaldım. Hazırda bu faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır".
Keçmiş baldızı məhkəmədən Ləmanın qanunun icazə verdiyi müddətə azadlıqdan məhrum edilməsini xahiş edib.
Ləman özü isə məhkəmədə ittihamları qismən qəbul edib. O, baldızı və qayınanasına qarşı nalayiq ifadələr işlətdiyini etiraf edərək bunun keçmiş ailəsinə olan kinindən qaynaqlandığını deyib. O, himayəsində azyaşlı övladının olduğunu əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini istəyib.
Hakim şahidləri dinlədikdən və təqdim olunan videogörüntüləri izlədikdən sonra hökmü elan edib.
Həmçinin oxuyun
Hökmə əsasən, Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Lakin ona həbs deyil, 480 saat ictimai işlər cəzası verilib. Əlavə olaraq onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək öhdəliyi də qoyulub.
Məlumat üçün deyək ki, ictimai işlər cəzasına küçə və parkların süpürülməsi, yaşayış yerlərində toplanmış məişət tullantılarının yığılması kimi işlər daxildir.
Xatırladaq ki, L. Vəliyeva bundan əvvəl də paylaşımlarındakı qeyri-etik sözlərdən və söyüşlərə görə saxlanılmışdı.
08:55 / 31 May 2025
Ərdoğan Zelenski ilə danışdı
4
21:49 / 30 May 2025
Gəncəni onlar bombalayıbmış
217
21:30 / 30 May 2025
Nübar dünyasını dəyişdi
1112
21:14 / 30 May 2025
Rusiyaya işləməyə gedənlərlə bağlı qalmaqallı təklif
226
20:51 / 30 May 2025
Azərbaycan lideri ilə BƏƏ Prezidenti arasında telefon danışığı olub
178
20:12 / 30 May 2025
Rusiya xəbərdarlıq edib
93
20:08 / 30 May 2025
Bu cəzalar sərtləşdirildi – Prezident təsdiqlədi
516
20:05 / 30 May 2025
Almaniya Ukraynadakı münaqişənin sona çatmasından danışıb
84
19:57 / 30 May 2025
ABŞ -də Ukrayna müzakirəsi
81
19:45 / 30 May 2025
Moskvada terror aktına cəhd edilib
85
19:36 / 30 May 2025
Hücumu İŞİD edibmiş
84
19:31 / 30 May 2025
Ağdərədə mülki şəxs minaya düşüb
88
19:14 / 30 May 2025
İlanların davası kameraya düşdü +VİDEO
910
19:00 / 30 May 2025
Kamran Əliyev onu yüksək vəzifəyə təyin etdi - FOTO
663
18:59 / 30 May 2025
Bakıda narkokuryerlikdə şübhəli bilinən 3 nəfər saxlanılıb
78
18:55 / 30 May 2025
Makron yeni Avropa-Asiya koalisiyasına çağırır
82
18:40 / 30 May 2025
Bu cərimə iki dəfə artırıldı
111
18:23 / 30 May 2025
Kəmaləddin Heydərovun rəis gətirdiyi qadın kimdir? — FOTO
1108
18:15 / 30 May 2025
Polis qadınları “TikTok”da şantaj edən şəxsi saxlayıb, zərərçəkənlər var
110
18:13 / 30 May 2025
Fransa siqaret çəkməyə yeni məhdudiyyətlər tətbiq edəcək
92
18:04 / 30 May 2025
Restoranlarda verilən qurbağa əti ilə bağlı - Açıqlama
681
17:57 / 30 May 2025
Makron Avropa və ABŞ-a inamın niyə sarsıla biləcəyini açıqladı
95
17:53 / 30 May 2025
Ukraynaya məxsus pilotsuz təyyarə Bryansk vilayətində kəndə hücum edib
91
17:51 / 30 May 2025
Məhkəmə Putini Hitlerə müqayisə etməyi qadağan etdi
91
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.